Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşa hazırlanır
# 27 may 2013 12:10 (UTC +04:00)

Bakı Xanım Nağıyeva – APA. İyunun 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli italyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael Tranbomçu” əsərlərinin motivləri əsasında “İtalyansayağı xoşbəxtlik” tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, tryukların quruluşçusu İsa Əsədovdur.

 

Rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Məhərrəm Musayev, Elnur Hüseynov və Eşqin Quliyev ifa edəcək.

 

Növbəti tamaşa “Balaca və damda yaşayan Karlson”dur. Məşhur İsveç yazarı Astrid Lindqrenin eyni adlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.   

 

Tamaşada aktyorlar Mehriban Hüseynova, Nəsibə Eldarova, Nuriyyə Əliyeva, Xalidə Əliməmmədova, Rövşən Abbasov, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Səfa Mehdi, Anar Seyfullayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Xəyal Salahov, Ramil Məmmədov, Gülbəniz Mustafayeva və başqaları rol alıb.

 

Azərbaycan peşəkar milli teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunmuş növbəti beynəlxalq layihə çərçivəsində hazırlanan “Balaca və damda yaşayan Karlson” tamaşasının ictimai baxışı iyunun 27-nə planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR