Bank Of Baku

Gəncədə Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi gələn ay istifadəyə veriləcək

Gəncədə Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi gələn ay istifadəyə veriləcək
# 15 avqust 2013 15:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. Gəncədə inşası davam edən Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulub. Gəncə şəhər Mədəniyyət və Turizm idarəsindən APA-ya verilən məlumata görə, hazırda binanın daxilində tamamlanma, xaricində isə üzləmə işləri aparılır.

 

Gəncə çayının sol sahilində tikilən binanın ərazisi ümumilikdə 2915 kvadratmetrdir. Mədəniyyət mərkəzinin birinci mərtəbəsində Məhsəti muzeyi, elektron kitabxana, ikinci mərtəbədə rəssamlıq qalereyası, milli musiqi alətləri və milli geyimlər sərgisi, üçüncü mərtəbədə isə şəhər mədəniyyət və turizm idarəsi yerləşəcək.

 

İdarədən bildiriblər ki, mədəniyyət mərkəzinin qarşısında Məhsəti Gəncəvinin heykəlinin qoyulması da nəzərdə tutulub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR