Bank Of Baku

Gürcüstanda “Borçalı abidələri” adlı kitab nəşr olunub - FOTO

Gürcüstanda “Borçalı abidələri” adlı kitab nəşr olunub - <span style="color: red;">FOTO
# 03 may 2013 12:22 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda Azərbaycan və ingilis dillərində “Borçalı abidələri” adlı kitab nəşr olunub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitab Gürcüstanda fəaliyyət göstərən Qafqaz üzrə “Milli Azlıqlar Qrupunun Monitorinqi” (MRMG) adlı qeyri-hökumət təşkilatının dəstəyi ilə nəşr olunub.

 

Layihənin rəhbəri MRMG-nin sədri Elbrus Məmmədov, elmi redaktoru Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədovdur. 500 tirajla nəşr olunan kitab kitabda Borçalı mahalının 7 rayonunu və Ahıska ərazisini əhatə edən qədim tarixi abidələrin şəkilləri verilib. Nəşrdə verilən ön sözdə qeyd olunub ki, Gürcüstan ərazisində bu tip abidələrə daha çox azərbaycanlılar yaşayan tarixi Borçalı ərazisində rast gəlinir. Kitabda Borçalıda olan daş qoç abidələrinin və qədim türklərə aid insan rəsmləri olan sinə daşlarının da nadir şəkilləri verilib.

 

MRMG-nin rəhbəri Elbrus Məmmədov APA-ya açıqlamasında kitabın ikinci hissəsinin də hazırlandığını bildirib: “Borçalı mahalında tarixi abidələr barədə axtarışlarımız davam edir, yeri gəldikcə Azərbaycan və gürcü mənbələrinə istinadən abidələrin dəqiq tarixini də araşdırırıq. Çünki bu abidələr azərbaycanlıların tarixən yaşadığı torpağa vətəndaşlıq hüququ verən tarixi yaddaşımız olan daş abidələrdir. Bir də onu qeyd etmək istəyirəm ki, Gürcüstanda bizə məxsus abidələr qorunmur və qədim tarixi abidələrə status verilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR