Bank Of Baku

İsveçin Malmö şəhərində “Eurovision” məşqləri başlayıb - FOTOSESSİYA

İsveçin Malmö şəhərində “Eurovision” məşqləri başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 12 may 2013 22:27 (UTC +04:00)

Malmö. Ülkər Qasımova – APA. “Eurovision” mahnı müsabiqəsində iştirak edən ölkələrin heyətləri müsabiqənin bu il keçiriləcəyi İsveçin Malmö şəhərinə toplaşıblar.

 

APA-nın Malmödə olan müxbirinin verdiyi məlumata görə, şəhərin müxtəlif yerlərində müsabiqənin şüarı olan “We are one” barnerləri asılıb, müsabiqəni işıqlandıracaq jurnalistlər üçün şəhərdaxili nəqliyyat vasitələrindən istifadə pulsuz edilib. “Malmö Arena”nın önündə iştirakçı 39 ölkənin bayrağı dalğalanır.

 

Müsabiqənin keçiriləcəyi salonunun Mətbuat Mərkəzində hər il ənənəvi olaraq təmsilçilər arasında ən yaxşı ifaçıların müəyyən edilməsi ilə bağlı fanatlar və jurnalistlər arasında səsvermə keçirilir. Bugünkü nəticəyə görə, Azərbaycanı müsabiqədə təmsil edən Fərid Məmmədov ikinci yerdə qərarlaşıb.

 

I yarımfinalın iştirakçıları arasında Danimarka təmsilçisi olan 19 yaşlı gənc müğənni Emmelie de Forest 137 səslə birinci yerdədir. Mətbuat Mərkəzində Fanklubun üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə, birinci yarımfinalın iştirakçıları arasında II yerdə 132 səslə Rusiya, üçüncü yerdə isə 115 səslə Niderland təmsilçisidir.

İkinci yarımfinalın iştirakçıları arasında isə hələlik 133 səslə Norveç təmsilçisi Marqaret Berger liderdir. Yarımfinalın ikinci pilləsində 131 səslə ölkəmizin yarışmadakı nümayəndəsi Fərid Məmmədov, üçüncü yerdə isə 123 səslə Yunanıstanın “Koza Mostra” qrupudur.

Malmö Arenasında təşkil olunan mətbuat mərkəzində Bakıdan fərqli olaraq jurnalistlər üçün kompüterlər qoyulmayıb.

Xatırladaq ki, mayın 14-16-da “Eurovision 2013” mahnı müsabiqəsinin I və II yarımfinal, 18-də isə final mərhələsi keçiriləcək. Azərbaycan təmsilçisi Fərid Məmmədov mayın 16-da keçiriləcək II yarımfinalda “Hold me” mahnısı ilə mübarizəyə qoşulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR