Bakı. Anaxanım Hidayətova-APA. İyunun 5-7-də Kazanda “Azərbaycan kinosu” layihəsi çərçivəsində filmlər nümayiş olunacaq. APA-nın “Tatarinform”a istinadən yaydığı məlumata görə, layihənin təşkilatçıları Tatarıstan Mədəniyyət Nazirliyi və “Tatarkino” birliyidir.
Kazan tamaşaçıları “Qırxıncı qapı”, “Keçmişə qayıdış” filmlərinə baxmaq fürsəti əldə edəcəklər.