Bakı. Viktoriya Dementyeva – APA. Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan mədəniyyət nazirlərinin I iclasının sonunda kommünike qəbul olunub.
APA-nın xəbərinə görə, sənəddə 40-dan çox ölkənin mədəniyyət nazirləri və nümayəndə heyətlərinin rəhbərləri iki ildən bir sözügedən forumun keçirilməsi ilə bağlı Azərbaycanın təşəbbüsünü alqışlayıb, BMT, UNESCO kimi beynəlxalq təşkilatların dəstəyinin vacibliyini və mədəniyyətlərarası dialoqun zəruriliyini vurğulayıblar.
Nazirlər mədəniyyətlərarası dialoq sahəsində layihə və proqramları dəstəkləmək barədə razılığa gəlib, dünyanın hər bir qitəsində mədəniyyət müxtəlifliyi paytaxtının müəyyənləşdirilməsi təşəbbüsünü müzakirə ediblər.