Bank Of Baku

Mədəniyyət və turizm naziri Cəlilabadda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Cəlilabadda vətəndaşları qəbul edəcək
# 29 avqust 2013 07:57 (UTC +04:00)

Bakı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 6-da Cəlilabad şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Vətəndaşlar nazirliyin [email protected]  elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR