Bakı. Turan Şakir – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 21-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. APA-nın məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin binasında keçirilən qəbulda Gəncə, Yevlax şəhərlərindən və Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Ucar, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşlar şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.