Bank Of Baku

Mədəniyyət və turizm naziri Mingəçevirdə vətəndaşları qəbul edib - FOTO

Mədəniyyət və turizm naziri Mingəçevirdə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 17 may 2013 10:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Şəki, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağdam rayonlarından vətəndaşları qəbul edib.  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların bütün müraciətlərinə baxılıb, səslənən fikir və təkliflər dinlənilib. Müraciətlər əsasən yerlərdə tarix-mədəniyyət abidələrinin bərpasına köməklik göstərilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni turizm peşə və uşaq musiqi məktəblərinin açılması, muzeylərdə yeni ekspozisiyaların qurulması, mədəniyyət evlərinin, xalq teatrlarının, folklor kollektivlərinin, uşaq musiqi və incəsənət məktəblərinin musiqi alətlərinə, rəqs və səhnə geyimlərinə olan tələbatının nazirlik tərəfindən təminatı, işlə təmin olunma, sosial problemlərin həlli və digər məsələlərlə bağlı olub. Bəzi müraciətlərdə mədəniyyət mərkəzlərinin nəzdində fəaliyyət göstərən dərnək və birliklərin vahid tədris planı və proqramlarının hazırlanması təklif edilib. Təkliflərdə həmçinin regionların turizm sahəsinin inkişafı ilə bağlı fikirlər səslənib, bəzi layihələrin icrasına köməklik göstərilməsi xahiş olunub.

 

Nazir Əbülfəs Qarayev qeyd edib ki, bu görüşlər yerlərdə mövcud problemlərin, əhalinin xahiş, şikayət və təkliflərinin öyrənilərək onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Qəbula gəlmiş vətəndaşları dinləyən nazir qeyd edib ki, səslənən bütün məsələlər nəzərdən keçiriləcək, həlli üçün addımlar atılacaq. Bəzi vətəndaşların sosial məsələlər, mənzil təminatına dair xahişləri ilə bağlı nazir bildirib ki, bu müraciətlər də müvafiq qurumlara təqdim ediləcək və diqqətdə saxlanılacaq. Müəyyən problemlərin həlli üçün konkret tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR