Bank Of Baku

Mədəniyyət və turizm naziri Qobustanda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Qobustanda vətəndaşları qəbul edəcək
# 22 avqust 2013 08:38 (UTC +04:00)

Bakı-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustan  şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, qəbul avqustun 30-da saat 11:00-da Qobustan şəhərindəki  Qobustan İdman Kompleksində olacaq. Qəbulda  Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, Kürdəmir rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

 

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin müvafiq şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları  xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR