Bank Of Baku

Mədəniyyət və turizm naziri Qubada vətəndaşları qəbul edib - APA TV

Mədəniyyət və turizm naziri Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">APA TV
# 10 iyul 2013 09:30 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quba rayonunda Mədəniyyət evində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə 40-dək vətəndaşın müraciətinə baxılıb.

 

Müraciətlər əsasən işlə təminat, mədəniyyət müəssisələrində yeni iş yerlərinin açılması, tarixi abidələrin bərpası, tarixi ərazilərdə arxeoloji qazıntıların aparılması, şimal bölgəsində xalçaçılığın inkişaf etdirilməsi,  bölgədə təbii boya istehsalı üçün plantasiyaların salınması və laboratoriyanın yaradılması ilə bağlı olub.

 

Nazir bəzi müraciətlərin yerindəcə həll olunması üçün konkret tapşırıqlar verib. Ə.Qarayev vətəndaşların xahiş, şikayət və təkliflərinin müxtəlif mövzu və sahələri əhatə etdiyini, onların hamısının diqqətlə nəzərdən keçiriləcəyini deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR