Bank Of Baku

Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər günü ilə bağlı mətbuat konfransı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər günü ilə bağlı mətbuat konfransı keçirilib
# 17 may 2013 12:51 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər günü ilə bağlı mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı bu gün, muzeyin fəaliyyəti barədə fikirlərini bildirib.

 

Bu ilin oktyabr ayında Türkiyənin Səlcuq Universitetində muzeylərlə bağlı Beynəlxalq Elmi Konfransda iştirak edəcəklərini deyən N. Vəlixanlı 2014-cü ildə Praqada Milli Azərbaycan Tarixi Muzeyinin sərgisinin təşkil olunacağını açıqlayıb.

 

Muzeydə təcrübə keçən ali məktəb tələbələri barədə danışan N. Vəlixanlı gənc muzeyşünasların nəzəri biliklərini yüksək qiymətləndirib: “Amma bu insanın şəxsi keyfiyyətlərindən də asılıdır. Muzeydə işləmək heç də asan deyil”.

 

Direktor muzeyə edilən hədiyyələrdən də danışıb: “Son zamanlar muzeyə təqdim olunan hədiyyələr arasında muğam ifaçısı Qədir Rüstəmovun şəxsi əşyaları da var. Hədiyyələr bizim üçün çox qiymətlidir. Bəzən bizə elə hədiyyələr təqdim olunur ki, onu heç pulla da əldə etmək mümkün deyil. Bəstəkar Eldar Mansurov da bizə bu yaxınlarda Mansurovlar ailəsinin çox qiymətli əşyalar hədiyyə edib”.

 

Tədbirin sonunda muzeyin fəaliyyətində rolu olan bir qrup elmi xadimə təşəkkür diplomları təqdim olunub. Muzeyin ictimai-siyasi tədbirlərinin hazırlanmasında göstərdiyi köməyə görə, Ombudsman Elmira Süleymanova da mükafatlandırılıb.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR