Bank Of Baku

Nizami Cəfərov: “Azərbaycanda mədəniyyətlə bağlı sahə qanunlarına çoxlu düzəlişlər olacaq”

Nizami Cəfərov: “Azərbaycanda mədəniyyətlə bağlı sahə qanunlarına çoxlu düzəlişlər olacaq”
# 29 may 2013 10:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda mədəniyyətlə bağlı sahə qanunlarına çoxlu düzəlişlər olacaq. Həm “Mədəniyyət haqqında” qanun, həm də dövrümüzün mədəniyyətinin sürətli inkişafı şərait yaradır ki, sahə qanunları üzərində müəyyən işlər görək”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O bildirib ki, ötən il “Mədəniyyət haqqında” qanunu qəbul etdikdən sonra yaz sessiyası zamanı bir çox qanunlar üzərində işlənib. N. Cəfərovun sözlərinə görə, onların arasında I oxunuşdan keçən “Yaradıcı təşkilatlar və yaradıcı şəxslər haqqında” qanun layihəsi də var: “Amma qanun layihəsində bir sıra mübahisəli məsələlər olduğundan onun üzərində işləyirik. Bundan əlavə, “Mədəniyyət abidələri barəsində”, “Mədəniyyət abidəsi olan şəhərlər barəsində” qanunları qəbul etməyə hazırıq. Milli Məclisin növbəti sessiya üçün bir sıra qanunlar üzərində də müzakirələr aparılır. Məsələn, “Kulinariya mədəniyyəti haqqında” qanun layihəsi üzərində işlənilir, “Adlar, və soyadlarla” bağlı qanun layihəsi üzərində müzakirələr aparır. Bizim komitənin xüsusiyyəti də budur ki, müəyyən məsələləri ictimai müzakirəyə versin və orada iştirak etsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR