Bakı-APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və əsası 1968-ci ildə qoyulan məşhur Roma Klubu arasında birgə beynəlxalq əməkdaşlıq barədə anlaşma əldə olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradovun APA-ya verdiyi məlumata görə, bu əməkdaşlıq hər iki təşkilata nizamnamələrində göstərilən bütün sahələrdə birgə fəaliyyət göstərmək üçün yardımçı olacaq. O bildirib ki, əməkdaşlıq məsələləri ilə əlaqədar Roma Klubunun İcraçı Direktoru sentyabr ayında Mərkəzin qonağı olacaq.
Qeyd edək ki, hal-hazırda Roma Klubunun sədri Federiko Mayor Zaragoza (YUNESKO-nun sabiq Baş Direktoru) həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvüdür. Rövşən Muradov həmçinin bildirib ki, hər iki qurum Beynəlxalq Mədəniyyətlərarası və Dinlərarası Alyansın yaradılması üçün bütün səylərini birləşdirəcəklər.
Federiko Mayor Zaragoza Nizami Gəncəvi Beynəlxalq Mərkəzini önəmli bir tərəfdaş olduğunu vurğulayaraq bu əməkdaşlığın uğurlu olacağına əmin olduğunu bildirib. Bundan əlavə, Roma Klubunun növbəti Baş Assambleyasının toplantısını Azərbaycanda keçirilməsi planlaşdırılır.