Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Dövlət Opera və Balet Teatrı Almaniya səfərindən qayıdıb. Teatrdan APA-ya verilən məlumata görə, teatrın kollektivi Bavariya opera sənəti festivalının qrand-final konsertində iştirak edib. Konsertdə Cavanşir Cəfərovun dirijorluğu ilə Q. Qarayev, F. Əmirov və M. Musayevin musiqiləri ilə yanaşı, digər klassik və bəstəkar musiqiləri də ifa olunub.
Opera və Balet Teatrından bildiriblər ki, sentyabrın əvvəlindən etibarən Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə yeni teatr mövsümünün açılışı olacaq.