Bank Of Baku

Seulda “Hi-Seoul” beynəlxalq mədəniyyət və dostluq festivalı keçirilib - FOTOSESSİYA

Seulda “Hi-Seoul” beynəlxalq mədəniyyət və dostluq festivalı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 may 2013 09:07 (UTC +04:00)

Bakı-APA. Seul meriyası tərəfindən Koreya Respublikasının paytaxtı Seul şəhərinin mərkəzində ənənəvi 18-ci “Hi-Seoul” beynəlxalq mədəniyyət və dostluq festivalı keçirilib. Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, festivalda Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin və “BUTA” Azərbaycan-Koreya tələbə cəmiyyətinin təşkilatçılığı və  “SEBA” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə ölkəmiz mədəniyyət və milli mətbəx nümayəndələri, Azərbaycanda istehsal olunan şərab və içki məhsulları ilə təmsil olunub.

 

Tədbirdə həmçinin, Azərbaycandan xüsusi olaraq dəvət olunmuş Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları milli rəqs proqramı ilə çıxış ediblər. Təqdim olunmuş milli musiqi və rəqs nümunələrimiz, həmçinin Azərbaycan kulinariyası və mədəniyyət nümunələri Seul sakinləri və əcnəbi turistlər tərəfindən yüksək rəğbətlə qarşılanıb.          

 

Qeyd olunub ki, 1996-cı ildən keçirilən “Hi Seoul” Festivalına cari ildə dünyanın 60 ölkəsi qatılıb və 14 ölkənin mahnı-rəqs qrupları müxtəlif mədəni-əyləncəli proqramları ilə çıxış ediblər. Festivaldan toplanılan vəsaitlər xeyriyyə məqsədilə tədbir təşkilatçılarına təqdim olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR