Bank Of Baku

Şuşa Dövlət Musiqili Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək

Şuşa Dövlət Musiqili Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək
# 22 may 2013 11:39 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. İyunun 3-6-da Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Naurus 2013” 11-ci beynəlxalq teatr festivalı keçiriləcək. APA-nın məlumatına görə, festivalda Şuşa Dövlət Musiqili Dram Teatrı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur.

 

Beynəlxalq festivalda Tatarıstandan 7 və Rusiyanın digər türkdili regionlarından 19 teatrın iştirakı gözlənilir. Festivala Türkiyə, Qazaxıstan, Türkmənistan və başqa ölkə teatrları da qatılacaq.

 

Kollektivlər tamaşaları doğma dillərində oynayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR