Bank Of Baku

Türkiyənin İğdır vilayətində “Azərbaycan-Türkiyə Kültür Gecəsi” keçirilib - FOTOSESSİYA

Türkiyənin İğdır vilayətində “Azərbaycan-Türkiyə Kültür Gecəsi” keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 avqust 2013 15:45 (UTC +04:00)

Bakı – APA. Türkiyənin İğdır vilayətində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu  və  İğdırda fəaliyyət  göstərən  İğdır Gənc Girişimçilər Qurulunun  təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə “Azərbaycan-Türkiyə Kültür Gecəsi” keçirilib.

APA-nın xəbərinə görə, tədbir Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun həyata keçirdiyi  “Qarabağdan Anadoluya  könül  körpüsü”  layihəsi çərçivəsində baş tutub.

İğdırlılar tərəfindən böyük maraq və sevgi ilə qarşılanan və çoxlu sayda insanın iştirak etdiyi gecənin açılış mərasiminin açılışında İğdır Gənc Girişimçilər Qurulunun başqanı Nizaməddin Taşbağ və millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva çıxış edərək hamını müqəddəs Ramazan bayramı münasibətilə təbrik ediblər.

“Azərbaycan-Türkiyə  Kültür  Gecəsi”ndə Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova, onun  rəhbərlik  etdiyi  “Bülbüllər” qrupu və gənc ifaçı Aynişan Quliyeva geniş konsert proqramı  ilə iğdırlılar qarşısında çıxış ediblər. Konsert proqramı iğdırlıların istəyi ilə gecənin gec saatlarına qədər davam edib. Məşhur pianoçu Natiq Rzazadənin rəhbərlik etdiyi musiqiçilər qrupunun ifaları iğdırlılar tərəfindən böyük alqışlar qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR