Bank Of Baku

UNESCO Baş Konfransının prezidenti Bakıya gələcək

UNESCO Baş Konfransının prezidenti Bakıya gələcək
# 27 may 2013 08:32 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. UNESCO-nun Baş Konfransının prezidenti Katalin Bogyay 29 may-1 iyun tarixlərində  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıya gələcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən xəbərə görə, forumda BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nasir Əbdüləzizəl-Naser, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Qismət Gözəlov da iştirak edəcək.


Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR