Bakı. Turan Şakir – APA. Mayın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında Aleksey Nikoloyeviç Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” əsəri əsasında eyni adlı tamaşanın premyerası olacaq. Bu barədə APA-ya teatrın direktoru Mübariz Həmidov məlumat verib.
Direktor bildirib ki, tamaşanın quruluşçu rejissoru xorvatiyalı İvitsa Simiç, quruluşçu rəssamı Dinka Jeriçeviç, bəstəkarı İqor Karliç, baletmeysteri Raulya Türkan və geyim üzrə rəssamı Aynur Məmmədovadır. Əsas rolları teatrının aktyorları ifa edəcəklər.
Layihə Azərbaycan peşəkar milli teatrının 140 və Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunub.