Mahmudəli Çöhrəqanlı Milliyyətçi Türkiyə Partiyasının fəxri sədri seçilib

Mahmudəli Çöhrəqanlı Milliyyətçi Türkiyə Partiyasının fəxri sədri seçilib
# 01 dekabr 2012 14:07 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı Milliyyətçi Türkiyə Partiyasının (MTP) fəxri sədri seçilib. GAMOH-dan APA-ya verilən məlumata görə, təklif MTP sədri Əhməd Yılmaz tərəfindən irəli sürülüb və partiyanın İdarə Heyətinin noyabrın 29-da keçirilən toplantısında qəbul edilib. Eyni zamanda MTP Türkiyəyə girişinə əngəl törədilən M. Çöhrəqanlının iştirakı ilə konfrans keçirilməsinə, GAMOH liderinin tədbirə qatılmasına icazə verilməyəcəyi təqdirdə vəziyyətin bütün yollarla ictimaiyyətə çatdırılmasına və məsələ ilə bağlı hüquqi prosedurların başladılmasına qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR