Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə mobil telefonlar keçirilməsinin qarşısını alıb

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə mobil telefonlar keçirilməsinin qarşısını alıb
# 19 iyul 2016 09:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən eyni mobil telefon markasının 3 modelinə aid olan 37 ədəd telefon aşkar edilib.

Digər bir məlumat əsasında “Sınıq Körpü” gömrük postunda gömrükçülər tərəfindən baxış keçirilən Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilindən isə mobil telefonlara aid 6 adda 104 ədəd aksesuarlar aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR