Qaxda 23 yaşlı gənci ilan sancıb

Qaxda 23 yaşlı gənci ilan sancıb
# 05 iyun 2015 19:55 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda 23 yaşlı gənci ilan sancıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Tasmalı kəndində qeydə alınıb. Tasmalı kənd sakini, 1992-ci il təvəllüdlü Rəvan Ələsgər oğlu Nizaməddinli yaşadığı evin həyətyanı sahəsində tərəvəz əkən ərazini suvaran zaman ilan qəfildən onun sol ayağının barmağından sancıb. R. Nizaməddinli təcili Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Qax RMX-dan APA-ya verilən məlumata görə, Rəvan Nizaməddinli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

Qeyd edək ki, Qaxda son 10 gün ərazində üç ilan sancma faktı qeydə alınıb, bir ilan sancma hadisəsi ölümlə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR