ABŞ-ın 10 ştatında güclü qara görə fövqəladə vəziyyət elan olunub

ABŞ-ın 10 ştatında güclü qara görə fövqəladə vəziyyət elan olunub
# 13 fevral 2014 02:15 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Nyu-Cersi və Tennessi ştatlarında fövqəladə vəziyyət elan olunub.

Bundan əvvəl analoji vəziyyəti Virciniya, Merilend, Corciya, Missisipi, Alabama, Luiziana, Şimali və Cənubi Karolina ştatlarının qubernatorları tətbiq edib.

Təbii fəlakətdən daha çox Corciya ştatı zərər çəkib. Burada 175 min istehlakçı işıqsız qalıb, sutka ərzində 25 sm qalınlığında qar yağıb. Küçələr boşalıb, avtomobil sahibləri yollara çıxmaqdan ehtiyat edir. Bununla belə, təchizatda problemlərin yaranması ucbatından yerli əhali ərzaq mağazalarından əksər ərzaq məhsullarını qabaqcadan əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR