Malena Mard: “Azərbaycanın ÜTT-yə daxil olması əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacaq”

Malena Mard: “Azərbaycanın ÜTT-yə daxil olması əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacaq”
# 31 may 2014 10:52 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı görüşlər müntəzəm olaraq baş tutur. Mən çox şadam ki, son dövrlər bu cür görüşlər daha çox keçirilir”.

APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib.


“AB Azərbaycanın ÜTT-yə daxil olmasını çox alqışlayır. Çünki bu yolla biz ticarət və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacağıq. Bildiyiniz kimi, AB Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın ÜTT-yə daxil olmaq istiqamətində atdığı addımlar çox müsbətdir. Biz bilirik ki, bu, mürəkkəb və vaxt aparan bir prosesdir. Çox yaxşı haldır ki, iyunun sonunda növbəti görüş baş tutacaq. Eyni zamanda biz dialoqda intensivləşmənin baş verməsini müşahidə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR