Moskvada rus millətçilərinin “Rus marşı” adlı kütləvi askiyası keçirilib -FOTOSESSİYA

Moskvada rus millətçilərinin “Rus marşı” adlı kütləvi askiyası keçirilib -<font color=red>FOTOSESSİYA</font>
# 04 noyabr 2012 16:02 (UTC +04:00)
Moskva. Fərİd Əkbərov – APA. Rusiya paytaxtında rus millətçilərinin kütləvi aksiyası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Rus marşı” adı altında keçirilən aksiya Moskva meriyası ilə razılaşdırılıb. “Milli Birlik Günü”nə həsr olunan aksiyada 10 mindən çox insan iştirak edib.

“Rus marşı” aksiyası Yakimanka və Krım küçəsindən başlayıb. Daha sonra isə Krım valı küçəsində yerləşən Mərkəzi Rəssamlar Evinin qarşısında davam edib. Aksiya iştirakçıları üzərində “Rusiya-rusların hakimiyyəti”, “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” və digər milliyyətçi şüarlar, o cümlədən müxalifətçi şüarlar olan “Putinsiz Rusiya” şüarı səsləndirilib. Aksiya iştirakçıları olan rus millətçiləri Cinayət Məcəlləsinin 282-ci “milliyətçilik zəminində nifrət və düşmənçiliyə təhrik etmə) maddəsinin ləğvini də tələb ediblər.

Qara maska geyinmək qadağan olunsa da, rus milətçiləri aksiyada bu qadağaya əməl etməyiblər.

2 min polis əməkdaşının asayiş çəkdiyi aksiya zamanı 25 nəfər saxlanılıb. Saxlanılan aksiya iştirakçılarının üzərindən üzərində faşist svastikası və digər simvollar olan plakatlar götürülüb.

Moskva polisinin yadığı məlumatada “Rus marşı” aksiyasında 6 min nəfərin iştirak etdiyi bildirilib.

Qeyd edək ki, Moskvada yaşayan xarici vətəndaşlar aksiyanın ləğv edilməsi üçün paytaxt bələdiyyəsinə müraciət ediblər. Lakin bələdiyyə onların müraciətlərini qəbul etməyib.

Özlərini “skinhed” (dazbaş) adlandıran rus millətçiləri 2012-ci il ərzində 11 qeyri-rus millətiindən olan şəxslərə hücum edərək onları qətlə yetiriblər. Rusiya İnsan Haqları Təşkilatı “SOVA”-nın açıladığı son məlumatda “skinhed”lərin irqçi hücumları nəticəsində bütün Rusiya ərazisində 11 nəfər öldürülüb, 149 nəfər isə yaralanıb. Məlumatda “skinhed”lərin hücumuna məruz qalanların əsasən Qafqaz və Mərkəzi Asiya vətəndaşları olduğu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR