Malidə hərbçilər hakimiyyətdən getməyə razılıq veriblər

Malidə hərbçilər hakimiyyətdən getməyə razılıq veriblər
# 07 aprel 2012 03:46 (UTC +04:00)
Bakı-APA Malidə çevriliş nəticəsində hakimiyyətə gəlmiş hərbi xunta mülki hakimiyyətin qaytarılması barədə planı qəbul edib.

Qərbi Afrika ölkələri iqtisadi birliyinin (EKOVAS) hazırladığı plan keçid dövründə hakimiyyətin Milli Assambleyanın sədrinə ötürülməsini nəzərdə tutur. Plana görə, hərbi çevrilişin bütün iştirakçıları əfv olunacaqlar.

Planı xuntanın başçısı kapitan Amadu Sanoqo və Burkina-Fasonun xarici işlər naziri Cibril Bassole imzalayıblar.

Malidə hərbi çevriliş martın 22-də baş verib. Xunta prezident Amadu Tumani Tureni hakimiyyətdən kənarlaşdıraraq konstitusiyanın fəaliyyətini müvəqqəti dayandırıb. Dünya birliyi hərbi çevrilişi pisləyib, EKOVAS isə Maliyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR