“Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib
12 aprel 2012 07:50 (UTC +04:00)
Bakı - APA-Economics. Şəkidə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması və s. barədə ətraflı məlumat verilmiş, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.
Tədbir zamanı həmçinin www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumatlar verilib.
Seminar çərçivəsində iştirakçılara İİN-nin Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Turizm
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024