Dövlət məmurunun qətlində təqsirləndirilən həyat yoldaşının məhkəməsi təxirə salınıb

Dövlət məmurunun qətlində təqsirləndirilən həyat yoldaşının məhkəməsi təxirə salınıb
# 05 may 2016 14:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verməli olan Xalidə İsgəndərovanın qızı Bülbül İsgəndərova iştirak etməyib. Hakimlər mərhum F. Isgəndərovun bacısını şahid qismində dindirmək istəyiblər. Lakin tərəflər buna etiraz edərək bildiriblər ki, şahidlərin dindirilmə ardıcıllığı gözlənilməlidir. Buna görə də proses mayın 16-dək təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR