DİN Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb
# 26 aprel 2016 09:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 25-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakinləri Kamran Abbasovun idarə etdiyi “Mercedes” və İsmayıl Babayevin idarə etdiyi “Isuzu” markalı (avtobus) avtomobillər toqquşub. Nəticədə K.Abbasov hadisə yerində ölüb, İ.Babayevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən K. Abbasov mühafizə polisinin əməkdaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR