Nazir: “Dallasda baş verən hadisənin beynəlxalq terrorizmlə əlaqəsi yoxdur”

Nazir: “Dallasda baş verən hadisənin beynəlxalq terrorizmlə əlaqəsi yoxdur”
# 09 iyul 2016 04:14 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Dallas şəhərində (Texas ştatı) polisə atəş açan şəxsin beynəlxalq terrorçuluqla əlaqəsi yoxdur.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Amerika Birləşmiş Ştatlarının daxili təhlükəsizlik naziri Cen Conson bəyan edib.

“Cinayəti törədən şəxsin beynəlxalq terrorizmlə əlaqəsi olmayıb. Onun terrorçularla bağlı olduğu barədə hələ ki, heç bir sübut və dəlil yoxdur”, deyə C.Conson bildirib.

Bundan əvvəl Dallas şəhərinin meri Mayk Roulinq bildirib ki, polis əməkdaşlarını güllələyən Mika Conson cinayəti tək törədib.

Qeyd edək ki, Dallasda iyulun 8-nə keçən gecə Luiziana və Minnesota ştatlarında polis zorakılığına qarşı keçirilən aksiya zamanı asayiş keşikçilərinə atəş açılıb. Hadisə nəticəsində 5 polis əməkdaşı ölüb, 12-i yaralanıb. Cinayəti törədən 25 yaşlı keçmiş hərbi qulluqçu Mika Conson polis tərəfindən güllələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR