Bakı və Neftçalada 2 nəfər bıçaqlanıb

Bakı və Neftçalada 2 nəfər bıçaqlanıb
# 15 iyul 2014 10:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. İyulun 14-də Azərbaycanda iki nəfər bıçaqlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzində naməlum şəxs münaqişə zəminində Bakı şəhər sakini Konstantin Dutkinə bıçaqla xəsarət yetirib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Abbasov tutulub.

İyulun 14-də Neftçala rayonu ərazisində rayon sakini Böyükağa Samurov münaqişə zəminində əmisi oğlu İlqar Samurova bıçaqla xəsarət yetirib. Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B. Samurov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR