“Baku Fires” klubunun iki üzvü WSB-nin reytinqində 1-ci yeri tutub

“Baku Fires” klubunun iki üzvü WSB-nin reytinqində 1-ci yeri tutub
# 23 mart 2015 22:35 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur.

56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi amerikalı Fransisko Martinezin 19 xalı var. Siyahıda 3-cü yeri irlandiyalı Maykl Konlan tutur.

Albert Səlimov da fərdi reytinqdə 1-ci yeri tutur. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.

Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini qoruyub. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadı.

Xatırladaq ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR