Kanadada 200 minə yaxın insan elektrik enerjisiz qalıb

Kanadada 200 minə yaxın insan elektrik enerjisiz qalıb
# 30 avqust 2015 02:02 (UTC +04:00)

Bakı-APA. Kanadanın qərb bölgəsində qeyri-sabit hava şəraiti nəticəsində 200 minə yaxın insan elektrik enerjisiz qalıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, elektrik enerjisinin kəsilməyinə şiddətli küləklə müşahidə edilən yağıntılar səbəb olub.

Britaniya Kolumbiyası əyalətinin ən iri meqapolisi Vankuverdə küləyin sürəti saniyədə 32,5 metrədək yüksəlib. Yüzlərlə ağac və elektrik dirəkləri aşıb, yaşayış evləri və nəqliyyat vasitələrinə ziyan dəyib. Eyni zamanda, regionda bərə nəqliyyatının hərəkəti dayandırılıb.

Meteoroloqlar isə yağıntıların hələ həftəsonuna qədər davam edəcəyini proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR