Əfqanıstan XİN rəhbəri: "Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolu daha böyük əməkdaşlığa xidmək edəcək"

Əfqanıstan XİN rəhbəri: "Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolu daha böyük əməkdaşlığa xidmək edəcək"
# 01 dekabr 2017 07:39 (UTC +04:00)

"Əfqanıstan nəqliyyat dəhlizini inkişaf etdirməyə çalışır".

APA-nın məlumatına görə, bu sözləri Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində
“Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda keçirilən Nazirlər Konfransının açılışında çıxışı zamanı deyib. O bildirib ki, hazırda Əfqanıstan Özbəkistan, Qazaxıstan, Pakistan və İranı Çinlə birləşdirməyə çalışır: "Bu "Lyapis lazur" yoludur. Siz böyük vəsaitin bu yolun inkişafına yatırmağa söz verdiniz. Bu əməkdaşlıq hava yolunun inkişafına da xidmət edəcək. Bu yaxınlarda Azərbaycan, Türkiyə və Gürcüstan yeni dəmir yolu xəttinin açılışını etdi. Bu, daha böyük əməkdaşlığa xidmək edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR