Bank Of Baku

Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətində baş inspektor vəzifəsinə təyin olunub

Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətində baş inspektor vəzifəsinə təyin olunub
# 04 sentyabr 2009 13:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindən baş inspektor vəzifəsinə təyin olunub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq bir aydan çoxdur ki, yol polisi sıralarına daxil olub. O, BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Bölüyündə yol patrul xidməti baş inspektoru vəzifəsini icra edir. Hər gün səhər saatlarında Yol Patrul Xidməti Bölüyünün düzülüşlərində iştirak edən Olimpiya çempionu bəzi hallarda paytaxtda keçirilən reydlərə də qatılır.

Xatırladaq ki, E. Məmmədli bu il Polis Akademiyasını bitirib. Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pekin Olimpiadasının qalibi Elnur Məmmədliyə "polis baş leytenantı" rütbəsini və zabit poqonlarını təqdim edib. Nazir Olimpiya çempionunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasının qürurverici fakt olduğunu, onun idmanda olduğu kimi, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində də uğurlara imza atacağına inandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR