Avropa Olimpiya Komitəsinin prezidenti: Azərbaycan yığmasının Sinqapur-2010-da 8 medal qazanması böyük uğurdur
Tədbiri giriş sözü ilə açan Ç.Hüseynzadə bildirib ki, Hikki Avropa Şurası tərəfindən Avropa ölkələrində idman sahəsində baş verən mühüm prosesləri müzakirə etmək üçün iki ildən bir keçirilən konfransa gəlib. Fürsətdən istifadə edilərək MOK-a dəvət edilən Hikki KİV nümayəndələri ilə də görüşə vaxt ayırıb.
“Azərbaycanda yenidən olmaqdan məmnunam. Ölkənizə xüsusi münasibətim var. Bu idmana qayğı göstərən MOK-un prezidenti və Azərbaycan prezidenti İlham Əliyevlə dostluğumdan irəli gəlir. Komitənin vitse-prezidenti Çingiz Hüseynzadə ilə 20 ildir dostluq edirəm. Artıq 3-cü dəfədir ki, Azərbaycanda oluram. İlk gəlişimlə müqayisədə burada yaxşı mənada çox dəyişikliklər olub. Son dəfə Bakıda olarkən Çingiz müəllim mənə Dənizkənarı Parkın layihəsini göstərmişdi. Dünən isə orada olarkən 30 dəqiqə buranı tamaşa etmişəm və çox gözəlləşib. Bunun üçün heyran da qaldım” - deyə Hikki bildirib.
İdman sahəsində də Azərbaycanın irəli getdiyini vurğulayan qonaq bunun bariz nümunəsi kimi Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarını göstərib. Hikki bildirib ki, burada Azərbaycan atletlərinin 8 medal qazanması çox yüksək nəticədir: “Ölkənizdə idmana xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsində idmanınız daima yüksəlişdədir. Sinqapur-2010-da 12 idmançı ilə iştirak edən Azərbaycan yığmasının 5 qızıl və 3 bürünc medal qazanması böyük uğurdur”.
AOK prezidenti gələcəkdə Azərbaycanın Olimpiadaya ev sahibliyi etmək iqtidarında olduğunu deyib. Onun sözlərinə görə, bu möhtəşəm oyunlara namizədlik vermək ölkədə idmana olan sevgidən xəbər verir: “Azərbaycan 2016-cı ildə Olimpiadaya ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü. Bu, ölkəniz və digər dövlətlər üçün müsbət haldır. Azərbaycanda idman infrastrukturu inkişaf edir və daima dövlətin qayğısı ilə əhatə olunur. Son dəfə də Rio-de-Janeyronun Olimpiadaya ev sahibliyi etməsində bu amilin mühüm rolu oldu. Onlar 18 aylıq prosesdən sonra qalib gəldilər”.
Hikki Azərbaycana öncə Avropa Olimpiya Festivalının və ya Yeniyetmələrin Yay Olimpiya Oyunlarını keçirməyi də məsləhət görüb. O, bunun üçün əhali sayının vacibliyini də vurğulayıb: “Yeniyetmələrlə bağlı oyunların Azərbaycanda keçirilməsi tək məndən asılı deyil. Yəni səsvermə hüququna tək malik deyiləm. Olimpiadada digər amillərlə yanaşı, əhalinin sayı da mühüm rol oynayır. Həmin şəhərdə ən azı 12-15 milyon insan yaşamalıdır. Bununla yanaşı, kifayət qədər könüllülər və ekspertlər də olmalıdır. Məsələn, 2004-cü ildə Afinada Olimpiada keçirilən zaman 12 milyon əhalisi olduğu üçün müəyyən çətinliklər yaşandı. Mənim fikrimcə, Azərbaycan da əvvəlcə yeniyetmələrin oyununa ev sahibliyi etsə daha yaxşı olar. Yəni mən dediklərimin Beynəlxalq Olimpiya Komitəsinə aidiyyəti yoxdur və şəxsi fikrimdir”.
Daha sonra MOK-un vitse-prezidenti Ç.Hüseynzadə Trabzonda keçiriləcək gənclərin Avropa Olimpiya Festivalı barədə məlumat verib. O böyüklərlə müqayisədə gənclər və yeniyetmələrin lisenziya qazanması ilə bağlı proqnoz verməyin çətin olduğunu söyləyib: “Bu gün biz dəqiq deyə bilmərik ki, Türkiyədə hansı idmançılarımız iştirak edəcəklər. Bunlar son illərdə yetişən atletlər olduğundan proqnoz vermək də çətindir. Çünki böyüklərdə bunu təxmin etmək olursa, yeniyetmələrdə bir qədər fərqlidir”.
Olimpiada
Xəbər Lenti
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib