Bank Of Baku

Azərbaycan yığması Dünya Oyunlarında medal sayını 9-a çatdırıb

Azərbaycan yığması Dünya Oyunlarında medal sayını 9-a çatdırıb
# 08 aprel 2011 11:29 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Antalya şəhərində paralimpiyaçılar arasında keçirilən Dünya Oyunlarında Azərbaycan yığması aktivinə daha 2 medal yazdırıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk 3 günündə 7 dəfə fəxri kürsüdə yer alan idmançılarımızın sırasına 2 cüdoçumuz da qoşulub.

Belə ki, 90 kq çəki dərəcəsində qüvvəsini sınayan Tofiq Məmmədov bütün döyüşlərini qələbə ilə başa vuraraq, çempion adını qazanıb. Ondan fərqli olaraq, ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev (+100) finalda yaponiyalı rəqibinə uduzub və gümüş medalla kifayətlənib.

Beləliklə, Dünya Oyunlarının arxada qalan 4 günündə milli komandamız 4 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olub.

Qeyd edək ki, bu gün Rza Osmanov 200 metr məsafəyə qaçışda final mərhələsində qüvvəsini sınayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR