Bank Of Baku

Almaniyaya yollanacaq Azərbaycan yığmasının heyəti açıqlandı

Almaniyaya yollanacaq Azərbaycan yığmasının heyəti açıqlandı
# 01 iyun 2011 10:51 (UTC +04:00)
Bakı – APA. İyulun 16-23-də Almaniyanın Münhen şəhərində keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli turnirdə ölkəmiz 4 snayperlə təmsil olunacaq.

Almaniyada idmançılarımızdan hədəf önünə İradə Aşumova, Nigar Bağırova, Ruslan Lunyov və Şükürağa Eyvazov çıxacaqlar. Bu atıcılardan ilk üçü son yarışlarda iştirak etdiyi halda, Eyvazov əsas komandaya müntəzəm çağırılmır.

Qeyd edək ki, beynəlxalq turnirlər istisna olmaqla, snayperlərimiz iştirak etdikləri son rəsmi yarışlarda medala həsrət qalıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR