Bank Of Baku

Mötəbər idman nəşri Azərbaycanın 2020-ci ilin Yay Olimpiya oyunlarına ev sahibliyi etmək şanslarını dəyərləndirib

Mötəbər idman nəşri Azərbaycanın 2020-ci ilin Yay Olimpiya oyunlarına ev sahibliyi etmək şanslarını dəyərləndirib
# 13 sentyabr 2011 08:45 (UTC +04:00)
“2020-ci ilə iddialı Bakı öz imicini dəyişir” adlı məqalədə sayt paytaxtın xarici görünüşün sürətlə yaxşılaşdığını vurğulayır. Bakını araşdırılmağa layiq olan bir xəzinə adlandıran yazıda bildirilir ki, UNESCO Azərbaycandakı bir sıra mədəni-tarixi abidələri özünün Ümumdünya Mədəni İrs siyahısına salıb: “Ola bilər ki, Bakı ən güclü namizəd deyil, amma şəhər artıq güləş və bədii gimnastika üzrə dünya çempionatlarına ev sahibliyi edib, müxtəlif səpkili peşəkar idman proqramlarına malikdir”.

Paytaxtda dinamik tikintinin getdiyini yazan SportsFeatures.com hazırda inşaatı gedən Bakı Olimpiya Stadionun 2015-ci ilə kimi istismara veriləcəyini qeyd edir: “Şəhər köhnə sovet binalarını sıradan çıxarır, park və çimərliklərlə öz libasını modernləşdirir”.

Bakının bəzən “Şərqin Parisi” adlandırıldığını xatırladan müəllif şəhər küçələrində müxtəlif Avropa memarlıq üslublarının da gözə dəydiyini qeyd edir. Bakını habelə İslam Mədəniyyəti Paytaxtı rolu oynadığını da xatırladan sayt Bakının iddialı şəhər olduğunu yazır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR