Azərbaycan prezidentinin iştirakı ilə Bakıda boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bu günün Azərbaycanın idman tarixində ən əlamətdar günlərdən biri olduğunu deyib: “Fərəhli haldır ki, beynəlxalq yarışların respublikamızda keçirilməsi son illər ənənə halını alıb. Bu unudulmaz idman tədbirləri həm də mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Xalqlar arasında sülh, əməkdaşlıq rəmzi olan idman bəşəriyyəti yüksək ideallar ətrafında daha sıx birləşdirməyə qadirdir. Sözsüz ki, ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən diqqət və qayğı idmanın bütün növləri kimi, boksun da inkişafında özünü göstərir. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin başladığı məqsədyönlü idman siyasəti bu gün dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımızın parlaq qələbələri buna əyani sübutdur. Dövlətimizin başçısının idman sahəsinə göstərdiyi böyük qayğı idmançılarımızın da yarışlara daha inamla, əzmlə qatılmasına böyük təkan verir.
Hazırda Azərbaycanda idmanın boks növünə diqqət və maraq artmışdır. Federasiyanın səmərəli fəaliyyəti, yaradıcılıq axtarışları nəticəsində boks özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bildiyiniz kimi, respublikamız mötəbər tədbirləri keçirmək təcrübəsinə malikdir.
Bu gün boks üzrə XVI dünya çempionatına Bakı ev sahibliyi edir. Bu çempionatda yüzdən artıq ölkənin idmançılarının medallar və London Olimpiya Oyunlarının lisenziyası uğrunda mübarizə aparması yarışın maraqlı, gərgin keçəcəyini təsdiq edir. İnanırıq ki, boks üzrə XVI dünya çempionatının bütün iştirakçıları öz ölkələrinin idman şöhrətini daha da yüksəklərə qaldıracaqlar. Qoy güclülər qalib gəlsin!”
Sonra Beynəlxalq Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu çıxış edib: “Bakı olduqca mühüm şəhərdir. Bakıda - Azərbaycanın paytaxtında bir çox beynəlxalq idman turnirləri keçirilib. Bunların sırasında biz gənclər arasında dünya çempionatını xüsusi xatırlatmaq istəyirik. Bu gün isə Bakıda boks üzrə dünya çempionatı keçirilir. Əslində bu bizim idman sahəsində apardığımız işin çox mühüm bir hissəsidir. Çünki bu, ixtisaslaşmış idman turniri olacaqdır. Bu, 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına açılan bir yoldur.
2006-cı ildən etibarən bizim Beynəlxalq Boks Assosiasiyası çərçivəsində bir çox islahatlar həyata keçirilib, təşkilati dəyişikliklər aparılıb. Bizim üçün ən yüksək tutduğumuz amallar - təmiz iş, dəqiqlik, şəffaflıq kimi amallardır. Bütün bunlar keçirdiyimiz idman yarışlarının əsasını təşkil edir. Bu işi biz yeganə bir məqsədlə apardıq ki, dünyanın bütün yerlərindən olan boksçuların mənafeyi qorunsun və ədalətli idman oynanılsın.
Fürsətdən istifadə edib, Beynəlxalq Boks Assosiasiyası adından Azərbaycan prezidenti cənab Əliyevə boksun, həmçinin idmanın bir çox növlərinin inkişafına verdiyi dəyərli dəstəyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun, cənab Prezident!
Hörmətli cənab Prezident, Sizi əmin edirəm ki, boks üzrə bu dünya çempionatı AİBA-nın qaydalarına, yüksək tutduğu amallara uyğun keçiriləcək. AİBA əlindən gələni edəcək ki, bizim formalaşan prinsiplərimiz əsasında yüksək səviyyədə keçiriləcək bu idman turniri lazımi səviyyədə baş tutsun. Mən tam əminəm ki, keçirilən bu beynəlxalq turnirin səviyyəsindən boks həvəskarları da razı qalacaq, onlar bundan çox məmnun olacaqlar. Bütün tamaşaçılara tam zəmanət verə bilərəm ki, rinqdə ən dəyərli, ən yaxşı nəticələri ilə seçilən boksçu qələbə çalacaq. Bütün boksçulara uğurlar, xoşbəxtlik arzulayıram. Sonda icazə verin sizə deyim: “Sağ ol, Azərbaycan! Sağ ol, Bakı!”
Daha sonra Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edib: “İdmanın insanın fiziki və mənəvi tərbiyəsində oynadığı müstəsna rolu nəzərə alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sosial-iqtisadi həyatın bütün sahələri kimi, idmanın inkişafını da daim diqqətdə saxlamış, gənclərin sağlamlığına, fiziki hazırlığına xüsusi qayğı ilə yanaşıb. Ulu öndərin bu mütərəqqi münasibətini böyük əzmkarlıqla davam etdirən Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin idmanın inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz beynəlxalq idman mərkəzlərindən birinə çevrilib.
Azərbaycanda gənclərin sevimli idman növlərindən biri də Olimpiya idman növü olan boksdur. Azərbaycan boksunun zəngin tarixi ənənələri, beynəlxalq səviyyədə ciddi uğurları var. Məhz bu ənənələrə yiyələnən, uğurlardan ruhlanan boksçularımız beynəlxalq yarışlarda və turnirlərdə müvəffəqiyyətlə çıxış edir, Vətənimizin idman şərəfini uca tuturlar. Dövlət qayğısı sayəsində boksçularımız üçün müasir standartlara cavab verən təlim-məşq qurğularının tikilib istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli beynəlxalq yarışların və turnirlərin keçirilməsi, boksçularımızın dünya arenasında qazandıqları qələbələr idmanın bu növünün də ölkəmizdə uğurlu inkişafından xəbər verir. Azərbaycan boksunun inkişafı naminə göstərdiyi xüsusi diqqət və qayğıya görə bütün boksçular adından möhtərəm prezident cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.
Bu günlərdə Bakı AİBA-nın bayrağı altında ən möhtəşəm yarışlardan birinə ev sahibliyi edəcək. Bu yarışlarda dünyanın 113 ölkəsindən 570 boksçu iştirak edəcək. Boks üzrə dünya çempionatı ən ali idman yarışlarından biri hesab olunur və təbii ki, bu yarışda uğur qazanmaq hər bir boksçunun arzusudur. Yarışın London-2012 Olimpiya Oyunlarına lisenziya xarakterli olması isə yarışa marağı daha da artırır.
Fürsətdən istifadə edərək belə bir əhəmiyyətli yarışın təşkilatçılığını bizə etibar etdiyinə görə Beynəlxalq Boks Assosiasiyasının rəhbərliyinə, şəxsən doktor Çinq-Kuo Vuya dərin təşəkkürümü bildirirəm. Həmçinin bu gün burada iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə Bakıya təşrif buyurduqları və yarışlara qatıldıqları üçün minnətdarlığımı bildirirəm. Bir daha bütün qonaqları Odlar yurdu Azərbaycanda salamlayır, məşqçilərə və boksçulara qələbə sevinci, azarkeşlərə isə unudulmaz yarış günləri arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
İndi isə boks üzrə XVI dünya çempionatını açıq elan edirəm!”
Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.
Daha sonra çempionatın hakimləri and içiblər.
Boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi bədii hissə ilə başa çatıb.
Olimpiada
Xəbər Lenti
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib
CNN ABŞ və İran arasında əldə olunan 14 maddəlik anlaşma memorandumunun mətnini dərc edib
İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək
Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib
Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi
ABŞ Rusiya və Çini nüvə silahlarının azaldılması ilə bağlı birgə saziş bağlamağa çağırıb
ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Ağdamda sel təhlükəsi aradan qaldırılıb, 60 evin qaz təchizatı bərpa edilib - YENİLƏNİB
Tramp: ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı məhkəmə başlayıb
Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub
Əmanətlərin Sığortalanması Fondunda ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verilib
Samvel Karapetyanın seçki blokundan deputatlığa namizəd tutulub
Sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası müzakirə olunub
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
"Bloomberg": Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Xətaidə mağazadan 10 min manat oğurlanıb
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb - FOTO
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib
Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub
Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olub
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Konstitusiya Məhkəməsində İƏT nümayəndə heyəti ilə görüş keçirilib