Bank Of Baku

İsveçrədə 2020-ci il Yay Olimpiadasına ev sahibliyi etmək istəyən ölkələrin və Beynəlxalq Olimpiya Komitəsinin iştirakı ilə toplantı keçirilib

İsveçrədə 2020-ci il Yay Olimpiadasına ev sahibliyi etmək istəyən ölkələrin və Beynəlxalq Olimpiya Komitəsinin iştirakı ilə toplantı keçirilib
# 05 noyabr 2011 08:38 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. İsveçrənin Lozanna şəhərində 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin və Beynəlxalq Olimpiya Komitəsinin iştirakı ilə iki günlük toplantı başa çatıb. APA-nın “Assosiated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qapalı keçirilən toplantıda Azərbaycan ( Bakı), Türkiyə (İstanbul), İtaliya ( Roma), Qətər (Doha), İspaniya (Madrid) və Yaponiyadan (Tokio) nümayəndələr iştirak edib. Beynəlxalq Olimpiya Komitəsi namizəd şəhərlərə rəqabət prosesi və qaydaları, habelə Olimpiya Oyunlarının miqyası və təşkiletmə xüsusiyyətlərini ətraflı izah edib. Beynəlxalq Olimpiya Komitəsi 2013-cü il sentyabrın 7-də Buenos-Ayresdə keçirəcəyi gizli səsvermədə qalib şəhəri elan edəcək. Bundan öncə fevralın 15-nə kimi isə hər bir şəhər özünün ev sahibliyi planlarını komitəyə təqdim etməlidir. 2013-cü ilin yanvarından etibarən isə hər bir iddiaçı şəhər öz namizədliyi xeyirinə beynəlxalq tanıtım kampaniyasına başlaya biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR