Azərbaycan prezidenti Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
17 noyabr 2011 16:39 (UTC +04:00)
APA-nın məlumatına görə, məlumat verilib ki, regionun ən böyük olimpiya idman komplekslərindən biri olan idman mərkəzi 2002-ci ilin noyabrında Heydər Əliyevin iştirakı ilə açılıb. O vaxtdan kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilib. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılıb.
Qeyd edilib ki, kompleksdə yenidənqurma işlərinə 2008-ci ildən başlanılıb. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılıb. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir.
Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılıb. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar var.
Prezident yenidənqurma işlərindən razılığını bildirib.

Olimpiada
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
03:14
28 aprel 2024
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
16:00
16 aprel 2024
Makron: Olimpiya Oyunlarının açılış mərasiminin təhlükəsizliyi ilə bağlı hətta "C planı" var
12:31
15 aprel 2024
Azərbaycan Güləş Federasiyası İtaliya idmançısının rüşvətlə bağlı ittihamlarına cavab verib
20:08
12 aprel 2024