Bank Of Baku

Lozannada 2020-ci il Olimpiadasının keçirilməsi üçün Bakının Sifariş kitabı təqdim edilib

Lozannada 2020-ci il Olimpiadasının keçirilməsi üçün Bakının Sifariş kitabı təqdim edilib
# 14 fevral 2012 21:25 (UTC +04:00)
Bakı-APA. Lozannada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iqamətgahında “Bakı-2020” Sifariş kitabının təqdimatı olub.

APA-nın AzərTac agentliyə istinadən verdiyi xəbərə görə, Bakı BOK-a öz sifarişini rəsmi şəkildə təqdim edən dördüncü şəhərdir. Dünən Tokio və Dohanın təqdimatları, fevralın 14-də səhər isə Madridin təqdimatı olmuşdur. Sabah – sifariş verilməsinin sonuncu günü İstanbul öz Kitabını təqdim edəcəkdir.

Xatrırladırıq ki, Roma 2020-ci il Olimpiadası uğrunda mübarizədə öz namizədliyini geri götürüb.

Lozannada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycanın İsveçrədəki səfiri Murad Nəcəfbəyli, Olimpiya çempionu Zemfira Meftahətdinova, paralimpiya çempionu İlham Zəkiyev, habelə “Bakı-2020” olimpiadasının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva təmsil ediblər.

Təqdimat zamanı olimpiya çempionları Elnur Məmmədlinin və Namiq Abdullayevin 2020-ci il olimpiadasının Bakıda keçirilməsini dəstəkləyən sözləri oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR