Bank Of Baku

Azərbaycan idmanda qadınların sayını artırmaq üçün beynəlxalq təcrübəni öyrənir - FOTO

Azərbaycan idmanda qadınların sayını artırmaq üçün beynəlxalq təcrübəni öyrənir - <font color=red>FOTO</font>
# 18 fevral 2012 15:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ABŞ-ın Los-Anceles şəhərində təşkil etdiyi Qadınlar və İdman üzrə 5-ci Dünya Konfransında iştirak edir.

APA-nın xəbərinə görə, konfransda olimpiya qurumları, beynəlxalq federasiyalar, universitetlər və müxtəlif qeyri-hökumət təşkilatlarından 600-dən çox nümayəndə 130 ölkəni təmsil edir.

Konfransda beynəlxalq idman qurumları, həmçinin BMT kimi nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak edir. Konfrans BOK-un prezidenti Jak Roq, BOK-un Qadın və İdman Komitəsinin sədri Anita De Frantz, Los-Anceles şəhərinin meri Angeles Antonio Villaraigosa və BMT-nin Qadınların Statusu Komitəsinin sədri Marjon V.Kamaranın çıxışları ilə işə başlayıb.

Könül Nurullayeva ABŞ-da keçirilən konfransda qadınların idmanda iştirakının artırılması istiqamətində Dünya Olimpiya Hərəkatı ilə yeni əməkdaşlıq imkanlarını araşdıracaq və Azərbaycanda qadın idmanının inkişafına dair müsbət təcrübəni bölüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR