Bank Of Baku

Azərbaycan London Olimpiadasına 30-cu lisenziyanı qazanıb

Azərbaycan London Olimpiadasına 30-cu lisenziyanı qazanıb
# 05 mart 2012 07:54 (UTC +04:00)
Bakı – APA. Azərbaycan London Yay Olimpiya Oyunlarına 30-cu lisenziyanı qazanıb. Apasport.az saytının məlumatına görə, bu uğura çapar Camal Rəhimov imza atıb.

Belə ki, Beynəlxalq Atçılıq Federasiyası yanvarın 1-dən martın 1-dək elan etdiyi lisenziya xarakterli yarışlar başa çatıb. Qruplar üzrə keçirilən turnirlərdə ilk 2 yeri tutan idmançılar London-2012-də iştirak hüququna yiyələnib.

Rəhimov C qrupunda mübarizə aparıb və birinci yeri tutub. Bunla da həmyerlimiz ikinci dəfə Olimpiada iştirak hüququna yiyələnib.

Qeyd edək ki, Camalın Pekin-2008-də çıxışı uğursuz alınmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR