Bank Of Baku

Azərbaycanın gənclər və idman naziri Avropa Şurası idman nazirlərinin toplantısına qatılacaq

Azərbaycanın gənclər və idman naziri Avropa Şurası idman nazirlərinin toplantısına qatılacaq
# 14 mart 2012 09:38 (UTC +04:00)
Bakı – APA. Martın 15-də Serbiyanın paytaxtı Belqradda Avropa Şurası İdman Nazirlərinin 12-ci Konfransına start veriləcək. Konfransda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edəcək.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, konfransda “Oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı idmanın təmizliyinin və bütövlüyünün qorunub saxlanılması”, “Ümumavropa idman əməkdaşlığının cari siyasi məsələləri” və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Eyni zamanda konfrans çərçivəsində qonaqlar üçün idmanda ümum Avropa əməkdaşlığına dair təqdimat (WADA, Avropa İttifaqı, UEFA ilə əməkdaşlıq) ediləcək.
Qeyd edək ki, Avropa nazirlərinin əvvəlki konfransı Bakı şəhərində keçirilib. Prosedura görə Azad Rəhimov növbəti konfransın həmsədrlərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR