Dünyanın tanınmış idmançıları Azərbaycana gələcəklər
Tədbirdə “Bakı-2020”nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, olimpiya çempionları və “Bakı-2020”nin səfirləri Zemfira Meftahəddinova və Fərid Mansurov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov iştirak ediblər.
Nurullayeva bildirib ki, “Bakı-2020” Təşkilat Komitəsi Sifariş Kitabını uğurla hazırlayaraq, Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim edib. Mayın 23-də Kanadanın Kvebek şəhərində BOK-un İcraiyyə Komitəsinin iclasında hansı iddiaçı şəhərin növbəti mərhələyə keçdiyi müəyyənləşəcək.
Bakıda əlavə, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) da 2020-ci il olimpiadasına iddialıdırlar. İcraçı direktorun sözlərinə görə, Bakının olimpiadaya iddiaçı şəhər olmasından həm daxildə, həm də xaricdə xəbərdar olmalıdırlar. Bu məqsədlə dəstək kampaniyasına ATGTİ ilə birgə start verilib: “ATGT-nin bizə dəstəyi də vacibdir. Əhalimizin 30 faizini gənclər təşkil edir. Bu prosesdə bizə yardımçı olacaq hər kəsə öncədən təşəkkür edirik. Vətəndaşlarımızın dəstəyi həm biz, həm də BOK üçün önəmlidir. Daha öncə BOK-un tanıdığı təşkilat tərəfindən Azərbaycan əhalisi arasında sorğu keçirilmişdi. Sorğuya qatılanların 95 faizi “Bakı-2020”yə dəstək vermişdi. İndi isə imzatoplama kampaniyası aparacağıq. Məqsədimiz həm də olimpiya hərəkatı barədə vətəndaşlarımızın məlumatlılıq səviyyəsinin artırılmasından ibarətdir. İmzatoplama təkcə Bakıda deyil, regionlarda da aparılacaq”.
Nurullayeva qeyd edib ki, BOK-un şərti iddiaçı şəhərə xalq, ictimaiyyət tərəfindən dəstəyin verilməsidir. “Bakı-2020” Təşkilat Komitəsi isə belə bir təşəbbüs irəli sürüb. Aksiya müddətində minimum 250 min, maksimum 1 milyona qədər səs toplamaq lazımdır: “Ümid edirik ki, imzaların sayı 1 milyona yaxın olacaq. Burada KİV-in də dəstəyi çox önəmlidir. Kampaniyanın nəticəsi olaraq, aprelin 14-də Rusiyanın paytaxtı Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası keçiriləcək. Həmin tədbirdə bütün iddiaçı şəhərlər ictimai dəstək barədə beynəlxalq olimpiya hərəkatı nümayəndələrini 10 dəqiqəlik təqdimat zamanı məlumatlandırmalıdırlar. Biz də bu kampaniya barədə məlumat verəcəyik”.
“Bakı-2020”nin rəsmisinin sözlərinə görə, imzaların sayı ilə bağlı BOK-da şübhə yaransa, imzaları təqdim etməyə hazırdırlar. O, təbliğat kampaniyası üçün ayrılan vəsaitin həcmini də açıqlayıb. Nurullayeva bildirib ki, birinci mərhələ üçün 8 milyon dollar ayrılıb. Bakı şəhəri növbəti mərhələyə keçsə, daha 44 milyon dollar ayrılacaq. Bu rəqəmin elə də böyük olmadığını deyən icraçı direktor aprelin 20-dən sonra ölkəmizə dünyanın kifayət qədər tanınmış idmançıların səfər edəcəklərini və onların da “Bakı-2020”yə dəstək verəcəklərini söyləyib.
İsmayılov ATGTİ nəzdində olan 39 ali təhsil müəssisəsi və 10 mindən artıq üzvlə imzatoplama kampaniyasında iştirak etməyə böyük məmnuniyyətlə razılaşdıqlarını vurğulayıb. O bildirib ki, kampaniya ərzində könüllülərdən də istifadə olunacaq. Onlar şəhərin müxtəlif yerlərində, ali təhsil müəssisələrində 24 saat fəaliyyət göstərəcək, əhalini məlumatlandıracaqlar: “Məqsədimiz Azərbaycanı idman ölkəsi kimi tanıtmaqdır”.
Meftahəddinova əhalini bu aksiyada aktiv iştirak etməyə çağırıb: “Mən bir vətəndaş və vətənpərvər kimi deyə bilərəm ki, hər bir insan aktiv iştirak etməlidir ki, biz növbəti mərhələyə yüksələ bilək. Bütün dünya bilməlidir ki, ölkəmiz təkcə neft və idman uğurları ilə zəngin deyil. Həm də əhali olimpiadaya böyük dəstək verir”.
Mansurov da xalqın dəstəyini vacib sayıb: “Xalqımız idmançı olduğumuz vaxt bizi dəstəklədi və çempion olduq. Eyni dəstəklə 2020-ci il olimpiadasına da hazır olduğumuzu göstərməliyik”.
Olimpiada
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq