Bank Of Baku

Azərbaycan London Olimpiadasına daha bir lisenziyanı qazanıb

Azərbaycan London Olimpiadasına daha bir lisenziyanı qazanıb
# 16 aprel 2012 09:10 (UTC +04:00)
Bakı-APA. Ağır atletika üzrə Azərbaycan milli komandası 2012-ci il London Olimpiadasına daha bir lisenziyanı təmin edib. Apasport.az saytının məlumatına görə, bu uğura Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən qadın atletlərimiz imza atıblar.

Belə ki, lisenziya yarışında bütün rəqiblərini üstələyən yığmamız komanda hesabında 1-ci pilləni tutaraq, Londona 1 bilet sifariş veriblər. Bu isə ağırlıqqaldıranlarımızın Olimpiadaya ümumilikdə 6-cı lisenziyası olub. Ötən ilin noyabr ayında Fransanın Paris şəhərində keçirilən dünya çempionatında kişilərdən ibarət ağır atletika yığmamız London Olimpiadasına 5 vəsiqə qazanmışdı.

Antalyada yığmamızın heyətində Boyanka Kostova (58 kq) qızıl, Silviya Angelova (48 kq) və Yuliya Dovqal (+75 kq) bürünc medala yiyələniblər. Daha bir idmançımız – Alyona Kiriyenko 69 kq çəki dərəcəsində ümumi hesabda 9-cu olub. Yarışda kişilərdən ibarət millimiz 2 qızıl medal qazansa da, reqlamentə əsasən çempionat bizim üçün lisenziya xarakteri daşımayıb.

Beləliklə, yığmamızın London-2012-də lisenziyalarının sayı 31-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR