Bank Of Baku

Azərbaycan yığması Belarusu məğlub edib

Azərbaycan yığması Belarusu məğlub edib
# 27 aprel 2012 08:31 (UTC +04:00)
Bakı – APA. Bu gün qadın otüstü hokkeyçilər arasında Yaponiyanın Kakamigahara şəhərində London Yay Olimpiya Oyunlarının təsnifat yarışında II turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, günün ilk qarşılaşmasında Azərbaycan milli komandası Belarus yığması ilə gücünü yoxlayıb.

I turda Malayziyaya 4:0 hesabı ilə qalib gələn Adil Paşayevin yetirmələri ikinci oyunlarında da böyükhesablı qələbəyə seviniblər – 3:0. Komandamızın heyətində asiyalılarla görüşdə olduğu kimi yenə Xatirə Əliyeva dubl edib. Digər qol Janq Süleymanovanın aktivindədir. Bu qələbə sayəsində isə millimiz müvəqqəti də olsa birinci pilləyə yüksəlib.

Günün digər matçlarında Yaponiya Malayziyanı, Avstriya Çilini sınağa çəkəcək.

Qeyd edək ki, hokkeyçilərimiz III turda avstriyalılarla oynayacaq. Bu görüş aprelin 29-da Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR